Yevlaxda iki avtomobil toqquşub, ölən var

15:13 / 03.04.2023
517

Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 "VAZ-21015" markalı minik avtomobili ilə digər avtomobil toqquşub.

Nəticədə "VAZ-21015"in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0