Zərdabda 14 yaşlı qızın Kür çayına düşərək boğulması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Əsma Pərviz qızı Müzəffərlinin çayın sahilində şəkil çəkdirərkən ayağının sürüşməsi nəticəsində çaya düşməsi müəyyənləşib.
Belə ki, bir neçə gün öncə Bakıdan Zərdabın Təzəkənd kəndinə nənəsigilə qonaq gedən Əsma avqustun 24-də azyaşlı qohumları ilə çayın sahilinə əylənməyə gedib. Bu zaman o, foto çəkdirərkən suya yıxılıb və axında boğularaq ölüb.
Yeniyetmə qızın meyiti avqustun 25-də rayonun Nəzəralılı kəndi yaxınlığında çayda aşkar edilib.
Hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.