Rusiyada yıxıldı, Azərbaycanda öldü - Sumqayıtda film kimi olay

12:48 / 01.09.2023
716

Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.

Lent.az xəbər verir ki, Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yaşayan, 1970-ci il təvəllüdlü Ziya Əlipənah oğlu Yusifov bir müddət əvvəl Rusiyada yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. 

Bir neçə gün əvvəl Azərbaycana qayıdan Z.Yusifov Sumqayıtda ailəsinin yaşadığı evdə ölüb. Onun Rusiyada yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.  

Faktla bağlı araşdırma aparılır.

0