Bakıda polis 20 yaşlı bu gənc qızı axtarır - FOTO

HADİSƏ
22:53 / 18.09.2023
610

Bakıda 20 yaşlı gənc qız itkin düşüb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan ruhi əsəb xəstəliyindən əziyyət çəkən 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı 04.09.2023-cü il tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb..

Evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.
Onun əlamətləri: - boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözleri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

0