“Sabah” Azərbaycan çempionu oldu

23:40 / 22.05.2020
1312

AFFA İcraiyyə Komitəsi federasiyanın bayrağı altında keçirilən liqalarla bağlı qərar qəbul edib.

Sport7.az xəbər verir ki, qərarda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13,U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, "Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdığı qeyd olunur.

Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan edilib.

Bu qərara əsasən, "Sabah” U-17 Liqasının qalibi olub.

Xatırladaq ki, "Sabah”ın U-17 komandası çempionatın 18 turundan sonra ən yaxın izləyicisini 7 xal qabaqlayaraq, 43 xalla birinci pillədə qərarlaşmışdı.

1