Boksçumuz erməni rəqibini məğlub etdi

İDMAN
16:58 / 14.04.2021
1767

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.

0