İbrahimoviç Avro-2020-ni buraxacaq

İDMAN
20:01 / 15.05.2021
1306

İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

HİT.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.

0