Azərbaycan millisinin Qətər ilə matçda qələbə qazanmaq şansı varmı? (ŞƏRH)

12:19 / 14.11.2021
1789

"Bu əhəmiyyətsiz yoldaşlıq oyununda udsaq nə olacaq, uduzsaq nə...".

Bu sözləri Hit.az-a açıqlamasında idman şərhçisi və jurnalist Emin Abbasov dilə gətirib. 

Onun sözlərinə görə, yoldaşlıq oyunları müəyyən təcrübələr qazanmaq və oyun planlarını sınaqdan keçirmək üçün qiymətləndirilir:

"Yoldaşlıq oyunlarında nəticə heç vaxt əsas götürülməyib. Belə matçlarda komandalar adətən hansısa tapşırığı yerini yetirmək üçün meydana çıxırlar.  Bu taktikayla da bağlı ola bilər, heyətdə bəzi oyunçuların sınanması və s. Qrupumuzda olan bu oyun isə Qətər millisi üçün DÇ öncəsi hazırlıqdır. Anlaşılan odur ki, bu oyunlar Qətər üçün ilk növbədə oyun praktikasıdır. Lakin qarşılarına qoyulan konkret tapşırığın nədən ibarət olduğunu bilmədiyimiz üçün nəticəni təxmin etmək çətindir. Misal üçün, rəqib sırf qələbə qazanmaq üçün yox, hansısa oyun sistemini sınaqdan keçirmək üçün meydana çıxa bilər ki, bu da bizim qələbə qazanmağımıza səbəb ola bilər. Amma məsələyə bir az dərin baxsaq, biz artıq uduzduğumuzu uduzmuşuq və bu əhəmiyyətsiz yoldaşlıq oyununda udsaq nə olacaq, uduzsaq nə...".

Qeyd edək ki, bu gün  Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

Sadiq İsmayılov

0