İDMAN
10:35 / 10.09.2022
480

Peşəkar Futbol Liqasında yeni təyinat

Peşəkar Futbol Liqasında (PFL) təsis ediləcək Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru bəlli olub.

Bu barədə "Report"a qurumun vitse-prezidenti Aslan Şahgəldiyev açıqlama verib.

PFL rəsmisinin sözlərinə görə, bu vəzifəyə Fərəc Hüseynov təyinat alacaq: "Kadr təyinatları zamanı öz işçilərimizdən istifadə etməyə çalışırıq. Hüseynov kifayət qədər savadlı və ixtisaslı kadrdır. Yola onunla davam edəcəyik. Xarici liqalar, Avropa Peşəkar Futbol Liqaları ilə əlaqələrimizi daha da genişləndirmək istəyirik. Bu məsələlərlə Hüseynov məşğul olacaq".

0