Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

İDMAN
14:18 / 03.10.2022
1073

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə
Həsənov Tərlan Əliheydər oğlu
Rəcəbli Əhməddin İzət oğlu

“Tərəqqi” medalı ilə
Kələntərov Ceyhun Musa oğlu

Prezident Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb:

Məmmədli Elnur Çingiz oğlu
Qarayeva Sevda Qiyas qızı

0