DÇ tarixində Kosta-Rika kimisi olmayıb

İDMAN
13:34 / 24.11.2022
981

Dünən dünya çempionatının qrup mərhələsinin 1-ci turunda İspaniyaya 0:7 hesabı ilə uduzan Kosta - Rika millisi DÇ tarixinin antirekordunu təkrarlayıb.

Fanat.Az-ın hesablamalarına görə, ispanlarla dueldə darmadağına üzülən kollektiv bu göstəriciyə qapıya zərbə endirməyərək imza atıb.

Maraqlıdır ki, 1966-cı ildən statistikası aparılan əvvəlki mundiallarda da yalnız bir dəfə belə olay yaşanıb və həmin qarşılaşmada da Kosta-Rika rəqib qapısına "atəş açmağı" bacarmayıb. Bu nəticə DÇ-1990 çərçivəsində baş tutan görüşdə, "qırmızı-göylər"in Braziliyaya 0:1 hesabı ilə yenildiyi matçda qeydə alınıb. 

Yeri gəlmişkən, Kosta-Rika ispaniya həm də öz tarixinin ən ağır məğlubiyyətini təkararlayıb. Sözügedən kollektiv 1975-ci ildə Mexikoda Meksikaya da 0:7 hesabı ilə uduzub.

0