Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

15:23 / 17.03.2023
777

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

HİT.az xəbər verir ki, tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində bu raundun cütləri bəlli olub:

“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) - “Napoli” (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

0