Messidən sonra PSJ-də daha bir şok: Futbol tarixinin ən bahalı oyunçusu...

20:38 / 08.06.2023
610

Lionel Messinin "İnter Mayami"yə keçidindən sonra Fransanın PSJ klubu Neymarı da satışa çıxarıb.

Hit.az Sport.es-ə istinadən xəbər verir ki, parislilər braziliyalı ulduzdan qurtulmağa çalışırlar.

PSJ maaşı azaltmaq üçün Neymarı buraxmağa hazırdır. Klubun azarkeşləri də belə bir tələblə çıxış edərək, klubun ofisi və futbolçunun evinin yaxınlığında keçirilən etiraz aksiyaları zamanı braziliyalının göndərilməsimi tələb ediblər.

Nəşr Neymarın “Barselona”ya təklif olunduğunu iddia edib. Kataloniya klubu hazırda cinah oyunçusu axtarışındadır. Baş məşqçi Xavi Lionel Messini istəsə də, lakin argentinalı ABŞ çempionatına üz tutub.

 Bildirilir ki, Neymarın "Barselona"ya dönüşünə oyunçunun yüksək maaşı mane olur. Çünki hazırda klub artıq maliyyə çətinlikləri ilə mübarizə aparır. Üstəlik, kataloniyalıların baş məşqçisi Xavi də Neymarın potensial transfer hesab olunmadığını bildirib.

"Neymar? Təəccüblənirəm. O, ümumiyyətlə, planlarımıza daxil deyil. Neyi dostum kimi qəbul edirəm, amma klubun başqa transfer prioritetləri var. Mənə yarımmüdafiəçi, iki futbolçu lazımdır", deyə baş məşqçi Fabrizio Romanonun "Twitter" hesabında bildirib.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə keçib. Bu transfer Fransa klubuna 222 milyon avroya başa gəlib. Onun keçidi futbol tarixində ən bahalı transfer olub.

6 il ərzində braziliyalı PSJ-nin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Samir

0