"Neftçi" yoxlama oyununda Moskva "Spartak"ı ilə qarşılaşacaq

İDMAN
10:38 / 23.03.2024
290

"Neftçi" klubu bu gün yoxlama oyununda Moskva "Spartak"ı ilə qarşılaşacaq.

HİT.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.

Komandalar son olaraq iyulun 18-də Rusiya paytaxtında münasibətlərini aydınlaşdırmışdılar. “Otkrıtiye Bank Arena”da baş tutan görüş "Spartak"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

0