"Sabah bizi nə gözlədiyini bilmirəm" - Elxan Abdullayev

İDMAN
22:22 / 23.03.2024
354

Azərbaycanın futbol tarixində hələ belə zəif rəqib görməmişdim.

HİT.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçirilən Azərbaycan - Monqolustan (1:0) qarşılaşmasını şərh edib.

Abdullayev bildirib ki, Azərbaycan yığması heç vaxt belə rəqibə qarşı mübarizə aparmayıb:

"Sözün açığı, elə oyunlar var ki, azarkeşlərimiz yığmadan komandadan 3 xal tələb edir. Elə görüşlər də var ki, rəqib güclüdür və ən azından yaxşı oyun göstərmək lazımdır. Dünənki qarşılaşmada isə azarkeşlər haqlı olaraq komandadan qələbə istəyirdi. Biz elə rəqibə qol vura bilməyəcəkdisə, kimin qapısından top keçirəcəydik? Sentyabrda Millətlər Liqasında bizi ciddi rəqiblər gözləyir.

İsveç, Slovakiya, Estoniya kimi rəqiblərlə mübarizə aparacağıq. Əgər bu gün belə zəif komandaya qarşı qol vurmaqda çətinlik çəkib, 90+2 dəqiqədə nəyəsə nail ola biliriksə, sabah bizi nə gözlədiyini bilmirəm. Hələlik vaxt var".

Onun sözlərinə görə, yığmada boş olan baş məşqçi məsələsini tezliklə həll etmək lazımdır:

"Çünki vaxtımız çox azdır. Yeni məşqçi gəlib utbolçulara başa salmaq lazımdır ki, qolları necə və nə cür vurmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu Bolqarıstan yığmasına qarşı keçirəcək.

0