İlk tanışlıq zamanı qadının istifadə etdiyi bahalı ətirdən daha çox onun təbii qoxusu kişidə maraq yarada bilər. Mütəxəssislərin fikrincə, təmiz dərinin özünəməxsus ətri qarşı tərəfdə simpatiyanın formalaşmasında mühüm rol oynayır.
HİT.az xəbər verir ki, bu barədə seksoloq və psixoloq Aleksandra Miller “aif.ru”ya açıqlamasında danışıb.
Onun sözlərinə görə, insanlar arasında qarşılıqlı cazibədə əsas məqamlardan biri parfüm deyil, insanın özünəməxsus təbii qoxusudur. Bu amil həm kişilərə, həm də qadınlara münasibətdə əhəmiyyət daşıyır.
Miller bildirib ki, müraciət edən qadınların bir çoxu ikinci və ya üçüncü görüşdə qarşı tərəfin qoxusunun onlarda xüsusi təəssürat yaratdığını qeyd ediblər. Kişilər bu barədə hisslərini daha az ifadə etsələr də, onların da qadının təbii qoxusuna reaksiya verdiyi bildirilir.
Psixoloqun fikrincə, xüsusilə təmiz dərinin yüngül və fərdi qoxusu, güclü ətirlərlə ört-basdır edilmədikdə, qarşı tərəfdə maraq oyada bilər. Bu, ilk baxışda hiss olunmayan, lakin insanlar arasındakı cazibəyə təsir göstərən amillərdən biridir.
Samir


