Brilliant Dadaşova:  "İllərdir adımı din xadimi ilə çəkirlər və..."

MAQAZİN
22:04 / 18.05.2020
2867

"Bir din adamı var, illərdir adımı onunla yan-yana çəkirlər. Əvvələr dedi-qodu kimi deyirdilər. İndi hansısa "dılğır" xarici ölkədə oturub və açıq-aydın danışır".

Bu sözləri "Tolik ilə səmimi" verilişində din adamı ilə adı hallanan xalq artisti Brilliant Dadaşova deyib.

O, sözügedən din xadimini tanımadığını bildirib: "Əlimi allaha qaldırdım....Məsələn, mən özümdə səhvlərimi tuturam. Deyirəm yəqin ki, nəyisə düzə eləmədim və düzgüm başa düşmədilər. Bir adamı tanıyarsan və deyərsən ki, tanıyıram və düz hərəkət etməmişəm. Amma mən adamı tanımıram. Allah şahiddir ki, həyatımda salam verməmişəm və kəlimə kəsməmişəm".

Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. Cütlüyün Cahad adlı oğlu var.

0
Teleqraf.com