"Fəxri adları yığışdırın, bu bazarı bağlayın..." - Gələcək nazirdən XAHİŞ

MAQAZİN
22:07 / 22.05.2020
2126

Müğənni Vüqar Muradov hələ təyin edilməmiş mədəniyyət nazirinə müraciət ünvanlayıb.

İfaçı sosial şəbəkə vasitəsilə ünvanladığı müraciətində gələcək nazirdən fəxri adların ləğv edilməsini xahiş edib: "Yeni təyin olunacaq mədəniyyət nazirindən indidən bir xahişim var, Əməkdar və Xalq artisti titullarını yığışdırasınız. Bu bazarı bağlayasınız və ləğv edəsiniz. Çünki Azərbaycan xalqı sənətçinin səsinə, sənətinə görə yox, onun tituluna görə hörmət qoyur. Bu, acı reallıqdır!

Hətta bəzən aparıcı fəxri titullu sənətçini sadəcə adıyla təqdim edəndə qırğın salanlar görmüşəm".

0
Baku.ws