Elza Seyidcahandan yeni "şedevr": "Bal qabaq, dal yasaq..."

MAQAZİN
13:25 / 23.05.2020
5878

Ədəbiyyatın hələ müəyyənləşdirməyə çətinlik çəkdiyi naməlum üslubda yazdığı şeirləri ilə tez-tez gündəmə gələn müğənni Elza Seyidcahan yenə yaradıb.

Hit.Az Elza xanımın son yazdığı "Dalqabaq" şeirini oxucularına təqdim edir:

DALQABAQ

Gəlsən gedək dalqabağ
Sev sən məni sağbasağ
Ək yetişsin tağbatağ
Gəlsin bizə balqabağ

Gedirəm yol uzunu
Yolda qoydum özümü
Qınayımmı sözümü?
Mən daldayam yol qabağ

Olma belə qaraqabağ
Onsuz ömür yarıçılpağ
Yenə gedək dal-qabaq
Həyat olsun cağbacağ

Bal qabaq dal yasağ...
Gah dalda gah qabaqda
Qabaqlar qoyardılar
Yar gözün intizarda

Elza Seyidcahan, 
20 may 2020, Karantin günlərində

20