Silvester Stallone malikanəsini satır (FOTO)

MAQAZİN
12:04 / 24.05.2020
1765

Hollivud ulduzu Silvester Stallone Kaliforniyanın Palm Sprinqs şəhərindəki malikanəsini satışa çıxarıb.

Axşam.az xəbər verir ki, aktyor 2010-cu ildə 4,5 milyon dollara (təxminən 7 milyon 600 min manat) aldığı evini nə üçün satdığını isə açıqlamayıb.

2008-ci ildə inşa edilən, sahəsi 460 kv metr olan malikanədə hovuz, cakuzi, yataq və qonaq otaqları, geniş mətbəx və tədbirlərin keçirilməsi üçün yer var.

Repçi Kanye Uest və aparıcı Kris Cenner kimi ulduzlarla qonuşuluqda yaşayan Stalonne evini 3,35 milyon (təxminən 5 milyon 695 min manat) dollara satır.

0