Keçmiş "Lider" TV-nin rəhbərinin ailəsində dəbdəbəli toy: Ulduzlar axışdı - VİDEO

MAQAZİN
12:16 / 19.11.2023
537

Keçmiş "Lider TV"-nin rəhbəri Ədalət Əliyevin qardaşı, iş adamı Elnur Əliyevin toyu olub.

Hit.az bizim media-ya istinadla xəbər verir ki, Elnur bəy Ülkər Məmmədova adlı xanımla ailə qurub. 

Paytaxtın dəbdəbəli restoranlarının birində baş tutan məclisdə ziyalılar, ictimai xadimlər və şou-biznesin məşhur simaları iştirak ediblər.  

Ə.Əliyev toya xanımı Nailə Əliyeva ilə birgə qatılıb.  

Cütlüyün toyunun aparıcılığı və musiqili idarəsi müğənni Sabir Əhmədova həvalə edilib. Məclisin ulduz qonağı isə Xalq artisti Zülfiyyə Xanbabayeva olub.

Toydan görüntüləri təqdim edirik:

0