"Hamı ad günümdən danışır, nəzərə gəlmişəm" - Məşhur aktrisa  

MAQAZİN
16:52 / 08.12.2023
911

"Özümü yaxşı hiss etmirəm. Çünki hamı məndən və ad günümdən danışır".

Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva HİT.az-a açıqlamasında deyib. 

O, həmin gün bir az kefsiz olduğunu deyib:

"Çünki böyük tıxac var idi. Düşündüm ki, tədbir gecikəcək və qonaqların çoxu gələ bilməyəcək. Amma bir anda baxdım ki, bütün zal dolub. 110 qonaq gəlmişdi. Hətta gecə saat 23:30-da belə qonaqlar gəlməyə davam edirdi. Səhəri gün restoranın administratoru zəng edərək bu hörmət və sevgi qarşısında təəccübləndiyini dedi". 

Aktrisa ad gününə gələn qonaqlardan da bəhs edib:
"Qonaqlar öz dostlarım və tanışlarım idi. Onlar arasında İlkin Əhmədov, Fəzail Misginli, Aydan İbrahimli, Aydan Cabbarlı, Vaqif Şıxəliyev, Tural Qismət, Cavid Telman, Aygün Akif və Nadir Məmmədov kimi məşhurlar var idi". 

Həmsöhbətimiz nəzərə gəldiyini də söyləyib:
"Ad günümdən sonra dəhşətli nəzərə gəlmişəm. Ümumiyyətlə, mən tez nəzərə gəlirəm. Demək olar ki, hamı mənim ad günümdən danışdı. Çünki heç kimdə belə möhtəşəm ad günü olmamışdı".

Gülmira Fərzəliyeva ad günündə xeyli pul yığdığını etiraf edib:
"Hədiyyə az oldu, amma hamı pul verdi. Yığdığım pulların hamısı restoran, paltar, aksesuar, salon, tort və əyləncəyə getdi. Təxminən 9 min manata yaxın pul yığılmışdı. Amma hamısı getdi, özümə heç nə qalmadı. Özümə sadəcə 50 və 100 dollar qalıb. Onu da tanışlarım atmışdı.

Ümumiyyətlə, heç vaxt hədiyyə almaq və ya pul yığmaq niyyətində olmuram. İstəyirəm ki, qonaqlarım əylənsin və hamının yaddaşına yaxşı qalsın. Bütün şou-proqramları təşkil etmişdim. Musiqiçilər, rəqqaslar və DJ çağırmışdım. Ona görə də xeyli xərcim çıxdı".

Pərviz Şimşək

0