Hollivudun ən arzuolunmaz subay kişiləri

MAQAZİN
14:44 / 27.10.2024
450

Lent.az subay, lakin xanımların evlənmək istəmədiyi kişi ulduzlarından bəhs edir.

Siyahıya ən şorgöz aktyor Kevin Costner liderlik edir. İddia olunur ki, Kostner heç bir qadına etinasız yanaşmır.  

Aktyorla evlənənlər onun heç vaxt evdə olmadığını və dəhşətli işgüzar olduğunu deyirlər. İki dəfə boşanan Kevin külli miqdarda pul itirib.

Onun ardınca Bredli Kuper gəlir. Aktyor hazırda model Cici Hadid ilə ciddi münasibətdə olsa da, onlar rəsmi nişanlı deyillər. Səbəb aktyorun əhvalı dəyişkən soyuq manipulyator olmasıdır.

Bu barədə hətta keçmiş sevgilisi Cennifer Esposito da öz xatirələrində yazıb. Bredlinin cəmi 17 yaşında ikən görüşdüyü Suki Uoterhaus isə onunla münasibəti kabus adlandırmışdı.

Bu reytinqdə daha bir arzuolunmaz şəxs aktyor və müğənni Ceymi Foksdur. O, eyni anda çoxlu qadını sevir və bağlılıqdan qorxur.

Siyahıda Leonardo DiKaprio da var. Keçmiş sevgilisi Bricit Holl yataqda pis olduğunu, Gisele Bündhen isə aktyorun tez-tez siqaret və içki içərək “özünü boğmasından” şikayətlənib.

Reytinqdə növbəti yeri son illər Ancelina Colini məhkəməyə verən Bred Pitt tutur.

Siyahıda onun yanında Conni Depp də var. 
 

0