51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

MAQAZİN
13:40 / 09.11.2024
361
Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
 
HİT.az xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb. 
 
O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək. Naina İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.
 
Xatırladaq ki, Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil alıb. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 2010-cu ildə "Əməkdar artisti" fəxri adına alıb. "Bəyaz həyat", "Moskva-Bakı" qatarı", "Bir dəfə Qafqazda" kimi ekran işlərində rol alıb. 2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
 

0