"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 30 illik münasibətdən sonra həyat yoldaşı Kristina Serra ilə İngiltərə klubu ilə müqaviləsini uzatmaq qərarına görə ayrılıb.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Serra boşanma təşəbbüsü ilə çıxış edib. O, məşqçini peşəkar layihəsinə daha çox diqqət yetirməkdə günahlandırıb. Ancaq cütlüyün dostlarının fikrincə, bu, son boşanma deyil, ayrılıq ola bilər.
Boşanma ilə bağlı məlumatlar yanvarın 13-də mətbuatda yer alıb. "Diario Sport" qərarın 2024-cü ilin dekabrında verildiyini iddia edir, lakin cütlük ətraflarından detalları açıqlamamağı xahiş edib. Ayrılığa baxmayaraq, cütlüyün münasibətlərinin mehriban qaldığı da məlumdur. Onların evliliyində üç övladı olub.
Samir