Şahzadə Harri Meqan Markldan övladlarını həmişə olduğu kimi öz brendinin reklamlarında çəkdiyinə görə narazıdır.
HİT.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Kral eksperti Matt Uilkinson "A Right Royal Podcast"a bildirib ki, Harri və Meqan Markl arasında düşesin övladlarını ictimaiyyətə göstərməsi ilə bağlı fikir ayrılıqları ola bilər. Onun sözlərinə görə, III Çarlzın kiçik oğlu oğlu Arçi və qızı Lilibetin müəyyən yaşa qədər şəkil çəkdirməsini istəmir. Uilkinson qeyd edib ki, şahzadə Harri də varislərinin paparatsilər tərəfindən təqib oluna biləcəyindən açıq şəkildə narahatdır.
Eyni zamanda, Meqan Markl özü, əksinə, uşaqlarını ictimaiyyətin gözündən gizlətmək istəmir. Uilkinson Harrinin varislərinin fotoşəkillərinin müntəzəm olaraq internetdə görünməsindən "çox da məmnun olmadığını" bildirib.
Daha əvvəl Meqan Markl oğlu Arçie, qızı Lilibet və şahzadə Harri ilə birlikdə "The Drew Barrymore Show" üçün peçenye hazırladıqları anı göstərib. Videoda şahzadə Lilibet kiçik köməkçi kimi mətbəxdə qaçır. Bu vaxt Meqan çiyələk mürəbbəsi peçenyesi üçün xəmiri qarışdırır.
Samir