Kayli Cenner Tioti Şalameyə açıq-saçıq səhnələrdə çəkilməyi qadağan edib

MAQAZİN
21:33 / 10.04.2025
220

Reality-şou ulduzu və model Kayli Cenner sevgilisi, aktyor Timoti Şalamenin filmlərdə açıq səhnələrdə çəkilməsini istəmir. 

HİT.az xəbər verir ki, bunu "The Sun" nəşri xəbər verib.

Mənbənin verdiyi məlumata görə, Kayli Cenner Qvinet Peltrounun "Vanity Fair" jurnalına verdiyi son müsahibəsini oxuyanda çox hirsli olub. Aktrisa bu müsahibədə "Möhtəşəm Marti" filmində Timoti Şalame ilə çəkdiyi seks səhnələrindən danışıb. Mənbənin dediyinə görə, model və sevgilisi arasında qızğın mübahisə baş verib və Kayli aktyora yataq səhnələrində iştirak etməyi qadağan edib.

"Timotinin filmlərdə açıq səhnələr çəkməklə problemi yoxdur, amma Kayliyə bu xoş gəlmir. O, gələcəkdə başqa seks səhnələrində çəkilməsini istəmir", deyə mənbə açıqlayıb.

Mart ayında Qvinet Peltrou "Vanity Fair"ə verdiyi müsahibədə "Möhtəşəm Marti" filmində Timoti Şalame ilə bir çox seks səhnələri çəkdiyini etiraf edib. Aktrisa həmçinin idman dramı üzərində işləyərkən ilk dəfə olaraq çəkiliş meydançasında intim səhnələr üzrə koordinatorun iştirakından xəbər tutduğunu bildirib. Ulduzun sözlərinə görə, o, mütəxəssisdən kömək istəməyib, çünki belə səhnələri yalnız tərəfdaşı ilə çəkməyə öyrəşib.

Peltrou həmçinin Şalameyi "intellektuallar üçün seks simvolu" adlandırıb və onun əyləncəli bir tərəfdaş olduğunu, işinə ciddi yanaşdığını vurğulayıb.

Samir

0