Dünyanın ən gözəl ölkəsi seçildi - "10-luq"da Türkiyə də var

MARAQLI
21:17 / 21.04.2023
607

"SportsCoverDirect"in yeni araşdırmasına görə, Yaponiya dünyanın ən gözəl ölkəsi seçilib.

Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, Yaponiya texniki yenilik və təbii gözəllik kontrastı, həmçinin "Google" axtarışı, "Instagram" və "TikTok"da populyarlıq sayəsində qalib ölkə olub.

Yaponiyanın inanılmaz təbiət möcüzələrindən biri 3776 metr hündürlüyündə olan Fuji dağıdır. Fuji dağını uzaqdan görmək üçün hər il minlərlə insan vulkana, eləcə də yaxınlıqdakı aşağı zirvələrdən birinə qalxır.

Yaponiyada pik səyahət mövsümü adətən albalı çiçəklərinin tam çiçəkləndiyi yazda olur. Turistlər həmçinin Hokkaydonun şimalındakı Yaponiyanın isti bulaqlarına baş çəkə və ya Yakuşimanın mistik meşələrində gəzə bilərlər.

Dünyanın ən gözəl 10 ölkəsi

1. Yaponiya
2. Hindistan
3. İtaliya
4. Tayland
5. İndoneziya
6. Meksika
7. Avstraliya
8. İspaniya
9. Türkiyə
10. Kanada

0