Bu gün tarixin vərəqlərində 24 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün bir çox mühüm hadisələrlə yadda qalıb.
24 iyul bəzi görkəmli şəxslərin doğum və vəfat günü kimi də xatırlanır. Onu da qeyd edək ki, bu gün Türkiyədə Mətbuat və Jurnalistika Bayramı, Boliviyada, Ekvadorda, Kolumbiyada və Venesuelada Simon Bolivar Günü, Polşada Polislər Günüdür. Beləliklə, tarixin 24 iyuluna nəzər salırıq.
24 iyulda baş verənlər:
2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. 1923-cü ildə müasir Türkiyənin sərhədlərini təyin edən Lozanna müqaviləsi, Birinci Dünya müharibəsində iştirak edən Yunanıstan, Bolqarıstan və digər ölkələr tərəfindən İsveçrədə imzalanıb. 2005-ci ildə ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2011-ci ildə Uruqvay milli futbol komandası Amerika Kubokunda çempion olub.
24 iyulda doğulanlar:
1959-cu ildə aktyor Məhərrəm Qurbanov, 1970-ci ildə Əməkdar artist, aktrisa Gülzar Qurbanova, 1986-cı ildə aktyor Azər Aydəmir və 1986-cı ildə şahmatçı Vüqar Həşimov doğulub.
Həmçinin, 1783-cü ildə venesuelalı siyasi və hərbi xadim Simon Bolivar, 1802-ci ildə fransız yazıçı Aleksandr Düma, 1857-ci ildə Venesuela prezidenti Xuan Visente Qomez, 1860-cı ildə çexiyalı rəssam Alfons Muxa, 1886-cı ildə yaponiyalı yazıçı Cuniçiro Tanizaki, 1901-ci ildə rus aktyor İqor İlyinski, 1932-ci ildə türkiyəli fotoqraf Yıldız Moran, 1957-ci ildə Özbəkistanın 2-ci prezidenti Şavkat Mirziyayev, 1969-cu ildə amerikalı müğənni Cennifer Lopez və 1997-ci ildə türkiyəli futbolçu Əmrə Mor dünyaya gəlib.
24 iyulda vəfat edənlər:
2019-cu ildə polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub. 1959-cu ildə şair Abdulla Şaiq və 2021-ci ildə Xalq artisti, müğənni Səməd Səmədov dünyasını dəyişib.
Həmçinin, 1862-ci ildə ABŞ-nin 8-ci prezidenti Martin Van Buren, 1941-ci ildə türkiyəli aktrisa Afife Jalə, 1962-ci ildə sovet aktrisası Yelena Taryeva, 1974-cü ildə böyük britaniyalı fizik Ceyms Çadvik, 1978-ci ildə yaponiyalı modelyer Suqino Yoşiko, 1984-cü ildə israilli memar Are Şaron və 1995-ci ildə yunanıstanlı həkim və deputat Sadiq Əhməd vəfat edib.
Pərviz

