Həm içir, həm satır - Bir stəkan timsah qanı 5 dollar

MARAQLI
12:26 / 26.05.2023
546

Taylandlı iş adamı qurduğu timsah fermasında maraqlı təşəbbüsə imza atıb.

Tez-tez baş verən maraqlı hadisələrlə gündəmə gələn Tayland yenə maraqlı hadisəyə səbəb olub. 53 yaşlı bir iş adamının sağlamlığı üçün istifadə etdiyi və "gizli" olaraq xarakterizə etdiyi qarışıq bütün dünyada maraqla qarşılanıb.

HİT.az xəbər verir ki, Rojakorn Nanon adlı iş adamı 5 il əvvəl maraqlı işə başlayıb. Timsah ferması quran Nanon o zaman bu işə yalnız bir neçə heyvanla başlayıb. Nanon hazırda 120-dən çox timsahı olan bölgədəki ən böyük timsah fermalarından birinə sahibdir.

Yerli mediada Nanonun bu fermadan necə faydalandığı barədə yazıb. Özünü hər zaman yorğun və halsız hiss etdiyini deyən iş adamı təxminən iki aya yaxındır timsah qanı içdiyini və özünü yenidən doğulmuş kimi hiss etdiyini qeyd edib.

Timsah qanının sinir və sağlamlıq sisteminə faydalı olduğunu iddia edən Nanon qəribə müalicə üsulu üçün "qədim bilgilərdən" ilhamlandığını ifadə edib. Açıqlamaların davamında timsah qanının sonsuzluğa belə faydalı olduğunu deyən iş adamı həkimlərin sağlamlıqla bağlı heç bir məlumatı olmadığını iddia edib.

Ətraf kənd və şəhərlərdən timsah qanına böyük marağın olduğunu qeyd edən sahibkar pandemiyadan sonra bir stəkan timsah qanını orta hesabla 5 dollara satdığını bildirib. Nanonun sözlərinə görə, timsah qanı immunitet sistemində dopinq effekti verir.

Öldürülən timsahın qanından başqa ətini yemək üçün satdığını, dərisindən isə aksesuar kimi istifadə etdiyini bildirən Nanon diri timsahları 230 dollara satdığını deyib.

Nanon timsah əti alanlar daha öncə timsah yemədiklərini, ilk dəfə yedikdən sonra toyuq və mal əti yeməyi dayandırdıqlarını iddia edir.

Samir

0