Bu il ən çox qazanan azərbaycanlı milyarder

08:48 / 02.06.2023
680

Rusiya milyarderlərinin sərvəti ilin əvvəlindən 17,565 milyard dollar artıb.

Bu barədə "Bloomberg" Milyarderlər İndeksində məlumat yerləşdirilib. Qeyd olunur ki, “Lukoyl”un həmsahibi olan azərbaycanlı Vahid Ələkbərovun sərvəti 5,8 milyarddan çox artaraq 21,2 milyard dollara çatıb.

Reytinq məlumatları göstərir ki, Norilsk Nikelin əsas sahiblərindən biri Vladimir Potanin Rusiya sahibkarları arasında ən varlı olmaqda davam edir. İlin əvvəlindən o, sərvətini 650 milyon dollar artıraraq 29,2 milyard dollara çatdırıb.

İkinci yerdə, Novatek-in həmsahibi Leonid Mixelsondur - onun sərvəti 2,35 milyard dollar artaraq 27 milyard dollara çatıb. Reytinqdə üçüncü ən zəngin rusiyalı NLMK benefisiarı Vladimir Lisin olub. Sərvəti ilin əvvəlindən 2,22 milyard artaraq, 22,1 milyard dollar olub.//Lent.az 

0