Ana olmaq üçün ən ideal yaş hansıdır?

MARAQLI
20:30 / 20.07.2023
526

Qadınların uşaq sahibi olmaq üçün ən ideal yaş aralığı bəlli olub.

HİT.az xəbər verir ki, Macarıstanın Semmelveis Universitetinin alimləri bu barədə araşdırma ediblər.

Qadınlara ana olmaq üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğu vurğulanıb. Araşdırma zamanı müəyyən edilib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəlikləri, dodaq və damaq yarığı kimi xəstəliklərlə qarşılaşırlar.

Bildirilib ki, gənc yaşda doğuş edən qadınların sadəcə 9 faizində dodaq və  damaq yaraları riski ilə üzləşə bilərlər. Amma 32 yaşdan yuxarı olan qadınlarda bu riskin meydana gəlmə ehtimalı 45 faizdir.

Gənc yaşda dünyaya gələn anaların körpələrində anadangəlmə həzm sistemi pozğunluqları riskinin 23-32 yaş aralığı ilə müqayisədə 23 faiz, 32 yaşdan yuxarı olan doğum edən qadınların körpələrində isə bu nisbətin yüzdə15 daha çox olduğu müəyyən edilib.

Həmçinin, əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqlədiyi də diqqətə çatdırılıb.

Pərviz

0