Günün hansı vaxtı məlumatı yadda saxlamaq daha asan olur? - ARAŞDIRMA

16:12 / 30.07.2023
233

Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, sirkadiyalı ritmlərin tənzimlənməsində əsas rol oynayan gen yaddaşın formalaşmasına da təsir göstərir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Neuropsychopharmacology" jurnalında dərc olunub.

Sirkadiyalı ritmlər gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki tsiklik dalğalanmalardır. Onlar insan bədənində bir çox proseslərə nəzarət edir və hormonların istehsalına, bədən istiliyinə və beyin fəaliyyətinə təsir göstərir. Tədqiqatın müəllifləri gecə-gündüz siçanların yaddaşını sınaqdan keçirib, sonra yaddaşla bağlı beyin nahiyəsində fəaliyyəti dəyişən genləri müəyyən ediblər.

“Gün ərzində tapşırığı yerinə yetirən siçanlarda gecə yerinə yetirən siçanlardan daha güclü uzunmüddətli yaddaş formalaşıb. Bununla da yaddaşın səmərəliliyinin nədən asılı olduğunu öyrənməyə qərar verdik”, deyə müəlliflər qeyd ediblər.

Təcrübələr göstərib ki, orqanizmin sirkadiyalı ritmlərinin tənzimlənməsində iştirak edən per-1 geni gündüz yaddaş performansını yaxşılaşdırmaq üçün çox vacibdir:

“Biz hər per-1-in günün vaxtına görə yaddaşı tənzimlədiyinə dair sübut tapdıq. Hipokampusda genin fəaliyyətini söndürdükdə gördük ki, siçanlarda yaddaş pozulur, lakin sirkadiyalı sistemin əksər aspektləri hələ də normal fəaliyyət göstərirdi”, deyə alimlər bildirib.

Samir

0