Alimlər insanın bioloji yaşını hesablamaq üçün yeni üsul tapdı

MARAQLI
22:52 / 18.08.2023
675

Osaka Paytaxt Universitetinin alimləri döş qəfəsinin rentgen şüalarından insanların bioloji yaşını təyin etməyi üçün Süni intellektə öyrədiblər. 

HİT.az xəbər verir ki, bununla bağıə araşdırmanın nəticələri "The Lancet Healthy Longevity" jurnalında dərc olunub.

Həkimlər ilk dəfə olaraq döş qəfəsinin rentgen şüalarından yaşı təxmin etmək üçün dərin öyrənməyə əsaslanan Süni intellekt modelini hazırlayıb. Alqoritmi hazırlamaq, öyrətmək və sınaqdan keçirmək üçün alimlər 2008-ci ildən 2021-ci ilə qədər 36 051 sağlam insandan 67 099 rentgenoqrafiya toplayıblar. Onlar üç müxtəlif xəstəxanada tibbi müayinədən keçiblər.

Daha sonra model müxtəlif xəstəlikləri olan xəstələrin döş qəfəsi şəkilləri üzərində sınaqdan keçirilib. Bunun üçün hipertoniya, metabolik pozğunluqlar və xroniki obstruktiv ağciyər xəstəliyi olan 34,197 xəstədən əlavə döş qəfəsinin rentgenoqrafiyası toplanıb.

Çox vaxt Süni intellekt müxtəlif xəstəlikləri olan xəstələrin yaşını düzgün qiymətləndirib.

"Nəticələrimiz göstərir ki, döş qəfəsinin rentgenoqrafiyasına əsaslanan təxmin edilən yaş sağlamlıq vəziyyətini dəqiq əks etdirə bilər", deyə alimlər bildirib.

Tədqiqat xroniki xəstəliklərin şiddətini qiymətləndirmək, ömür uzunluğu və mümkün cərrahi ağırlaşmaları proqnozlaşdırmaq üçün yeni vasitələrin əsasını təşkil edə bilər.

Samir

 

0