Dərmanların susuz qəbulu boğazda xoraların əmələ gəlməsinə səbəb olur

17:20 / 13.09.2023
629

Dərmanların sağlam udulması üçün necə istifadə edilməsi çox vacibdir. Bir çox insanlar dərmanlarının susuz qəbulunun əslində çox təhlükəli olduğunu dərk etmirlər. Mütəxəssislər qeyd edirlər ki, dərmanlar su ilə qəbul edilməlidir. Susuz qəbul edilən dərmanlar ən azı bir stəkan su ilə udulmadıqda, gündəlik fəaliyyətləriniz zamanı qida borusunda və ya bağırsaqlarda qıcıqlanma və zədələnməyə səbəb olur.

Hit.az xəbər verir ki, Türk Qastroenterologiya jurnalı bununla bağlı araşdırma yayımlayıb.

Bununla bağlı aparılan araşdırmada bildirilib ki, dərmanların susuz qəbulu boğazda xoraların əmələ gəlməsinə səbəb olur. Dərman boğaza yapışarsa, qida borusunun həssas selikli qişasına təsir edir.

Araşdırmaya görə, xüsusən də  antibiotik və reseptsiz ağrıkəsicilər bu tip xoraya səbəb ola bilər.

Bu arada, bəzi dərmanlar acqarına qəbul edildikdə yaxşı nəticə verir, bəziləri isə yeməkdən sonra qəbul edildikdə müsbət təsir göstərir. Elə dərmanlar da var ki, onları eyni vaxtda qəbul etmək olmaz. Araşdırmaya görə, terapevtik diapazonlu dərmanlar, xüsusən də qan durulaşdıran dərmanlar heç vaxt əzilməməlidir. Bu da orqanizmə zəhərlənmə ilə təsir göstərə bilər.

Aynur Əli

0