Xərçəngin müalicəsində yaşıl işıq: Yeni peyvənd 3-cü sınaqdan uğurla keçdi

MARAQLI
16:26 / 14.09.2023
566

Elm aləmində xərçəngin müalicəsinin perspektivli inkişafı əldə olunub.

Hit.az-ın məlumatına görə, “Tedopi” adlı terapevtik ağciyər xərçəngi peyvəndi sınaqlardan keçib.

“Annals of Oncology” tibb jurnalında dərc edilən 3-cü sınaq məlumatları göstərib ki, peyvənd xərçəngdə ümumi sağ qalmağı əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Sınaqların nəticəsinə görə, peyvənd ölüm riskini 41 faiz azaldır.

Məlumatlara görə, xəstələrin 1 illik ümumi sağ qalma faizi "Tedopi" ilə 44,4 faiz ikən, kimyaterapiya ilə 27,5 faiz olub. 

Qeyd edək ki, təsdiqləyici 3-cü mərhələ sınaqları 2024-cü ilin əvvəlində başalayacaq.

Aynur Əli

0