20 illik elmi araşdırmalar nəticəsində qara üzümün ürək sağlamlığına faydalı olduğu müəyyən edilib.
Hit.az xəbər verir ki, Lids Universitetindən olan tədqiqatçılar qara üzümləri tədqiq edib.
Araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition"da dərc edilib.
Qara üzümün həmçinin, unutqanlığın qarşısını almağa çox yaxşı təsir etdiyi müəyyən olub.
Tədqiqatçılar xüsusilə uşaqlı analar və gündəlik həyatda stresli işlərlə məşğul olanlar arasında araşdırma aparıb. Məlum olub ki, qara üzüm şirəsi yaddaşa faydalıdır və ununtqanlıqla bağlı prpblemlərdə təkcə yaşlılara deyil, gənclərə də müsbət təsir edir.
Toxumu, yarpaqları və quru meyvələri şəfa mənbəyi olan qara üzümün aşağıdakı xəstəliklərdə də faydaları aşkarlanıb:
Miqren
Həzmsizlik
Dəmir çatışmazlığı
Sonsuzluq riski
Aynur Əli