Dünyanın ən bahalı geyim markaları - SİYAHI

MARAQLI
23:22 / 22.09.2023
789

İnsanlar rahat həyat yaşamaq istədiyi kimi gözəl görünməyi də sevirlər. Hər zaman yaxşı geyinməyə çalışırlar. Brend geyimləri isə həyatlarının ən önəmli hissəsi kimi qiymətləndirirlər.

Əsasən də imkanlı, zadəgan ailəsindən olan insanlar brend geyimlərə daha çox üstünlük verir. Belə insanlar bunu zənginliyin bir simvolu kimi hesab edir. Bahalı həyatın sərti kimi olan bu cür geyimlərin qiyməti milyon dollara bərabər olur. Bir evin qiymətinə olan bu markalar bahalı həyatın bir obrazına çevrilib.

Lent.az bütün dünyada məşhur olan, insanların görünüşünü bəzəyən markaların siyahısını sizlərə təqdim edir.

Dünyanın ən məşhur və bahalı geyim markalarının siyahısında birincilikdə yer alan  “Louis Vuitton” dur. Bu brendin ən kiçik bir parçası belə 580 dollardan başlayır. Marka hər zaman ən keyfiyyətli və orginal məhsullar hazırlayır. Onlar tamamilə əl işi olur.

Şirkətin baş qərargahı Fransanın paytaxtı Parisdə yerləşir.

Siyahının ikinci pilləsində “Dior” markası yer alır. Bu brendin ən aşağı qiymətə olan məhsulu 300 dollardan başlayır. “Dior” fırması bir çox məşhurlar və kino ulduzları ilə işləməsinə görə daha çox tanınır.
“Dior” hal-hazırda  geyim, əl çantaları, ayaqqabılar, ətirlər və.s kimi məhsullarla dünya markasına çevrilib.

“Hermens” markası siyahının üçüncü pilləsində yer alır. Brendin ala biləcəyiniz ən ucuz məhsulu 51 dollardır. “Hermens” də keyfiyyət baxımından digər iki məşhur markadan geri qalmır. Bu markanın əsas məqsədi incəsənəti yaşatmaqdır. Hazırda şirkətin sərvəti 17 milyard dollardır. Şirkətin baş qərargahı Parisdə yerləşir.

Məşhur markaların siyahısında “Gucci” dördüncü yerdədir. “Gucci” İtalyan geyim markasıdır. Bu brend markası illərlə çətinliklədə olsa diqqət mərkəzində qalmağı bacarıb. “Gucci” brendi Kayli Cenner, Rihanna, Bred Pit və.s kimi bir çox məşhurların seçimidir. Bu markada sadəcə bir eynəyin qiyməti 295 dollardır. Markanın baş qərargahı İtalyanın Florensiya şəhərində yerləşir.

Siyahının sonuncu pilləsində “Chanel” yer alır. Bu marka ən qədim və birinci elit moda brendidir. Firmanın ən ucuz məhsulunun qiyməti 60 dollardır. Onlar kəmər, geyim, ətirlər, əl çantaları və kosmetik məhsullar istehsal edir. “Chanel” brendinin sərvətinin təxmini dəyəri 14,2 milyard dollardır.

Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşir.

0