Əgər tərlədiyiniz zaman kəskin bir qoxu hiss edirsinizsə, bu, diabet, böyrək və ya qaraciyər problemlərinin əlaməti ola bilər.
Hit.az-ın məlumatına görə, hiperhidroz diaqnozu qoyulmuş insanlarda hiperhidrozun öz-özünə sağalması mümkün deyil. Ancaq hiperhidroz başqa bir xəstəlik səbəbindən baş verərsə, sözügedən xəstəliyin sağalması müalicə üsullarına görə dəyişir.
Şəxsi təmizliyə diqqət yetirmək, müntəzəm duş qəbul etmək, arzuolunmaz tüklərdən qurtulmaq, geyim təmizliyinə diqqət yetirmək, pambıq parçalardan təbii paltarlardan istifadə etmək, dezodorant kimi qoxu əleyhinə vasitələrlə mübarizə tədbirləri görmək olar. Ancaq bu şərtlər qeyri-kafi olarsa və həddindən artıq tərləmə insanın sosial həyatına mənfi təsir edərsə, tibbi üsullara müraciət etmək lazımdır.
Müalicə üsulları arasında son vaxtlar çox istifadə edilən qol altı botoksudur. Bu, tər vəzilərindən beyinə gələn siqnalları azalda bilir. Amma botoksun tez-tez təkrarlanması lazımdır. 2-8 ay ərzində təsirini göstərəcək botoks müalicəsi yerinə plastik əməliyyat daha qəti bir həll təklif edir.
Dünyadakı cərrahi üsullar arasında endoskopik trokal simpatektomiya (ETS) əl, üz, qoltuqaltı tərləmə və üz qızarmasının müalicəsi üçün edilən əməliyyatdır. Bu üsulda ovucdan qola gedən və tərləməyə səbəb olan sinirlər cərrahi yolla yandırılır və ya onların mərkəzindən kəsilir. Qalıcı və təhlükəsiz müalicə vasitəsi kimi təqdim edilsə də, əks təsirləri olduğunu da unutmaq olmaz.
Aynur Əli