MARAQLI
13:32 / 06.11.2023
387

İnsult və demensiya riskini 40% artıran amil müəyyən edildi

Karolinska İnstitutunun (Kİ) alimləri müəyyən ediblər ki, bioloji yaşı faktiki yaşından böyük olan insanlarda insult və demensiya, xüsusən də damar demensiyası riski əhəmiyyətli dərəcədə yüksəkdir. 

Hit.az xəbər verir ki, araşdırma "Journal of Neurology, Neurosurgery and Psychiatry" jurnalında dərc olunub.

Yaşlandıqca xroniki xəstəliklər, o cümlədən xərçəng, ürək-damar xəstəlikləri və neyrodegenerativ xəstəliklər riskiniz artır. Elm adamları ənənəvi olaraq bioloji yaşın təxmini ölçüsü kimi xronoloji yaşa (insan yaşadığı illərin sayı) əsaslanırdılar. Yeni məqalənin müəllifi Sarah Haqq deyir ki, insanlar fərqli nisbətlərdə yaşlandıqlarına görə, xronoloji yaş olduqca qeyri-dəqiq ölçüdür.

Yeni araşdırmada elm adamları ilk müayinə zamanı yaşları 40-70 arasında olan British Biobank-dan 325 min xəstənin məlumatlarından istifadə ediblər. Bioloji yaş qan lipidləri, şəkər, qan təzyiqi, ağciyər funksiyası və BMI daxil olmaqla 18 biomarkerdən istifadə etməklə hesablanıb.

Onlar müəyyən ediblər ki, əgər insanın bioloji yaşı həqiqi yaşından beş il böyükdürsə, onlarda damar demenasiyası və ya insult inkişaf riski 40% daha yüksəkdir. Bioloji yaşa həyat tərzini dəyişdirmək və lazım olduqda dərman qəbul etmək təsir edə bilər. Bu müşahidə tədqiqatı olduğundan səbəb-nəticə əlaqələri qurmaq mümkün deyil. Bununla belə, nəticələr qocalmanın biomarkerlərini yaxşılaşdırmaqla bir çox xəstəliklərin başlanğıcını gecikdirmək mümkün ola bilər.

Samir

0