Sevgilisindən ayrılanda özünü itirən BÜRCLƏR

MARAQLI
13:07 / 12.11.2023
672

Bəzən gözəl və xoşbəxt eşq münasibəti yolunda getməyəndə cütlüklər ayrılıq qərarı alırlar. İnsanlar danışaraq və razılaşaraq ayrıla bilər, amma bir çoxları ayrılığı qəbul edə bilmir. Hətta “Əlvida” sözünü belə eşitmələri onları əsəbiləşdirmək üçün kifayət edir. Astroloqlar bu dəfə ayrılığa dözə bilməyən və vəziyyəti daha da pisləşdirən bürclərin adlarını açıqlayıblar.

BAKU.WS xarici KİV-ə istinadən ayrılığa dözə bilməyən 4 bürcü təqdim edir:

Qoç bürcü

Bu bürcün nümayəndələri əsəbi halları ilə həmin dəqiqə diqqət çəkirlər. Münasibətlərdə idarəçiliyi ələ almağı sevən qoçlar ayrılıq qərarınızı eşitdikdə böyük sarsıntı keçirməyə başlayırlar. Qoç bürcü “Ayrılıq” sözünü eşitdiyi an başqa bir insana çevrilir. Əsəbdən hər şeyi vurub dağıdır. İynəli sözləri ilə canınızı ağrıtmadan ayrılığı asanlıqla qəbul etməz. Bəzən istisnalar da baş verə bilər. Qoç bürcündən olan şəxs öz partnyorunu çox sevibsə axasına belə baxmadan o şəxsin həyatından çıxıb gedə bilər.

Şir bürcü

Bu bürcün nümayəndələri üçün həyatda şərəfli və qürurlu olmaq hər şeydən əvvəl gəlir. Onlar adətən bunun üçün yaşayarlar. Şir bürcü olan sevgilinizdən ayrılmaq istəyiniz onun qürurunu və şərəfini zədələyə bilər. Bu bürcündən olan adamlardan ayrılmaq heç də asan deyil. Şir bürcü bu an “Necə ola bilər ki, mənim kimi birindən ayrılmaq istəyər” sualı ilə daim beynini məşğul etməyə başlayır. Bundan sonra isə münasibəti özü bitirmək qərarına gələ bilər. Hətta özünü kədərlənməmiş kimi göstərər ki, bu da ondan ayrılmaq istəyən partnyorunun təəccübünə səbəb olar.

Əqrəb bürcü

Əqrəb bürcündən olan şəxslər eşq münasibətində ehtiraslı və sadiq partnyor kimi tanınırlar. Bu bürcdən olan sevgilinizlə ayrılmaq qərarı sizi qorxuda bilər. Əqrəb bürcü özünü ayrılıq qərarını normal qarşılayırmış kimi göstərər, amma sonra sizdən intiqam almaq üçün planlar hazırlayar. Bu bürcdən olan insanlar onlardan ayrılan partnyorlarına qarşı hər zaman kin saxlayır. Ürəyini soyutmaq üçün isə sizə qarşı gizli planlar quracaqlar. Bu səbəbdən də Əqrəb bürcündən olan şəxsdən ayrılarkən diqqətli olmaq lazımdır.

Xərçəng bürcü

Ayrılığı qəbul etməyənlərdən biri də Xərçəng bürcüdür. Bu bürcün nümayəndələri astrologiyada ən həssas və duyğusal bürc olaraq tanınırlar. Onlar hər şeyə çox tez kədərlənirlər. Bu bürclər kimləsə eşq yaşayanda həyatını tamamilə partnyoruna həsr edir. Bu səbəbdən də “Ayrılmaq” sözü onu özündən çıxarır. Bu sözü eşidən Xərçəng bürcü özünü evə həbs edir və heç kimlə danışmır. Lakin sizi rahat da buraxmır. Barışmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar. Tez-tez sosial şəbəkə hesablarınızı izləyirər. Onların bu yanaşması isə sizin ondan ayrılmaq istəyinizi çətinləşdirir.

0