Siz hələ də bunları bilmirsiniz? - 10 FAKT

MARAQLI
16:44 / 24.11.2023
741

Araşdırmaq, öyrənmək və bilmək hər zaman üstünlükdür. 

İnsanlar nə qədər çox məlumata sahib olsalar, bir o qədər inkişaf edərlər. Hər zaman elmi bilikləri yadda saxlamaq da şərt deyil. Bəzən zamanında əhəmiyyətsiz hesab etdiyiniz bir fakt yeri gələndə xatırladığınız anda sizə fayda verər. Ona görə də həmişə yeni məlumatlar öyrənməyə davam etmək lazımdır. 

"HİT Məlumatlar" qeyri-adi 10 faktı sizlər üçün təqdim edir:

1. Maraqlı statistika ilə başlayırıq. İnsanlar dünyaya gələndə 300 sümüyə sahib olurlar, amma yetkinlik yaşlarına çatanda bu say 206-ya düşür. 
2. Bir gün yarasalarla dolu bir mağaranın qarşısından keçmək məcburiyyətində qalsanız nə edərdiniz? Bu məlumat işinizə yaraya bilər. Unutmayın, yarasalar mağaradan çıxanda hər zaman sola doğru uçurlar. 
3. Səudiyyə Ərəbistanında bir çox fərqli qanunlar var. Bu gün sizə bəlkə də onların ən qeyri-adi olanını deyirik. Belə ki, Səudiyyə Ərəbistanı qanunlarına əsasən, kişi həyat yoldaşı ona qəhvə dəmləmədiyi üçün boşana bilər. Olduqca mənasız səslənsə də, bu, orada boşanmaq üçün səbəb sayılır. 
4. İnsanlar adətən unutqan biri ilə qarşılaşanda ona "balıq yaddaşlı" deyərək lağ edirlər. Bəli, balıqların yaddaşı çox zəifdir. Buna görə də balıqlar bütün ömürlərini hansısa akvariumda keçirsələr də daima yeni bir yer gördüklərini zənn edirlər. Hətta yapon balıqları gördüklərini sadəcə 3 saniyə sonra unudurlar.
5. Əslində həmişə dəvənin uzun müddət susuz qala bildiyinə dair məlumatlar paylaşılır. Amma zürafələrin dəvələrdən daha çox susuzluğa tab gətirdiyi məlum olub.
6. Bəzən ətrafımızda solaxay insanlara rast gəlirik. Amma onların çox az sayda olduğunu təxmin belə etmirik. Sən demə, dünya əhalisinin sadəcə 11 faizi solaxay imiş. 
7. Saqqız çeynəməyi sevirsiniz? Bəs heç düşünmüsünüz ki, ən qədim saqqızın neçə yaşı var? Araşdırmalar zamanı məlum olub ki, dünyanın ən qədim saqqızı 9 min il yaşındadır. 
8. Çox az insanın təxmin edəcəyi faktla davam edirik. Dəvəquşlarının gözləri beyinlərindən daha böyük olur. 
9. Alimlər hər zaman fərqli araşdırmalar edirlər. Belə araşdırmalar zamanı insanın ömrü boyu ortalama 5 milyon dəfə nəfəs aldığı müəyyən edilib. 
10. "Musiqi ruhun qidasıdır" sözü heç də əbəs yerə deyilməyib. Hətta musiqinin inəklər üzərində də çox böyük təsir gücü ola bilir. Elmi tədqiqatlar sübut edib ki, inəklər musiqi dinlədikləri zaman daha çox süd verirlər. 

Pərviz

0