Bu məlumatları bilmirdiniz - SİYAHI

MARAQLI
17:43 / 01.12.2023
589

Dünyanın ən qəribə məlumatlarından ibarət rubrikamız davam edir. 

Bir gün işinizə yarama ehtimalı olma potensialındakı məlumatları öyrənmək istəyirsiniz? Elə isə rubrikamızı izləməyə davam edin. Çünki maraqlı, təəccüblü, qəribə və hətta qeyri-adi faktlardan ibarət siyahıları sizlər üçün hazırlayırıq. 

"HİT Məlumatlar" 10 faktı təqdim edir:

1. İnsan bədənindəki sümüklərin 1/4-inin ayaqlarda olduğunu bilirdiniz? 
2. Asqırmağın qanuna zidd olduğu ağlınıza gələrdi? ABŞ-ın Nebraska ştatında kilsələrin içərisində gəyirmək və ya asqırmaq qanunla qadağandır. 
3. Hər keçən gün dünya əhalisi sürətlə artmaqdadır. 2080-ci ilə qədər dünya əhalisinin 15 milyarda çatacağı gözlənilir.
4. Qəribə bir məlumatla davam edirik. 500 yarasa 1 saat ərzində 250.000 həşərat yeyə bilər. 
5. Araşdırmalar zamanı məlum olub ki, ABŞ-da 52,6 milyondan çox it yaşayır. 
6. Bütün heyvanlarda tullanmaq bacarığı var. Lakin tullana bilməyən yeganə heyvan fildir. 
7. İndi isə arıların necə zəhmətkeş olduğuna şahid olacaqsınız. Belə ki, bir arı yarım kilo bal əldə etmək üçün 2 milyon çiçəyə qonmalıdır. 
8. Arı ilə davam edirik. Arı sancmaq riskiniz digər günlərlə müqayisədə küləkli bir gündə daha yüksəkdir. Diqqət etmək lazımdır. 
9. Siz də səhərlər yemək yeməyi sevmirsiniz. Elə isə tək deyilsiniz. Belə ki, amerikalıların da yalnız 38%-i səhər səhər yeməyi yeyir.
10. Siyahını qəribə faktla yekunlaşdıraq. 1386-cı ildə Fransada bir donuz uşaqları öldürdüyü üçün xalq qarşısında edam edilib.

Pərviz

0