Təəccüblü faktlar - SİYAHI

MARAQLI
15:00 / 08.12.2023
653

Bəzi məlumatları oxuyanda təəccüblənməmək mümkün deyil. 

Bu gün də məhz elə məlumatlara nəzər salacağıq. Onları oxuyanda heyrətə gələcəksiniz. Bəziləri isə yaddaşınızdan çıxmayacaq. Yenə insana, heyvana, təbiətə dair məlumatları sizin üçün bir araya gətirdik. 

HİT.az qəribə faktları təqdim edir:

1. Dünyanın ən sevimli heyvanlarından olan delfinlərlə başlayaq. Delfinlər gözləri açıq şəkildə yatırlar. Yəni gözünü açıq gördüyünüz delfin bəlkə də, yatıb. 2.  Elə bənzər mövzu ilə davam edək. Qarışqalar hər zaman çox çalışqan olması ilə seçilirlər. Hətta "qarışqa kimi işləmək" ifadəsi də var. Bu da əbəd deyil. Çünki qarışqalar heç vaxt yatmırlar. 
3. Nə qədər qəribə olsa da, 1 kiloqram limonda 1 kiloqram çiyələkdən daha çox şəkər olur. 
4. Araşdırmalar nəticəsində məlum olub ki, quşlar mavi rəngi görmürlər. Lakin sadəcə bayquş sözügedən rəngi olduğu kimi görə bilir. 
5. Köpəkbalıqlarının dənizdə yaralı bir canlını tampaq ehtimalı həddindən artıq yüksəkdir. Çünki bir köpəkbalığı 100 milyon damcı dəniz suyunda bir damla qanın qoxusunu ala bilir. 
6. Hər zaman gülməyə çalışın. Unutmayın, gülmək üçün 17 əzələ lazımdır. Amma məyus olduğumuzu göstərmək üçün tam 43 əzələdən istifadə edirik.
7. Qeyri-adi məlumatla davam edirik. Erkəkləri hamilə olan yeganə canlı məhz dənizatıdır. 
8. Sevimli heyvanlardan olan kirpi suda batmır. Onun çəkisi həddin artıq az olduğu üçün suda boğulmaq təhlükəsi yoxdur. 
9. Araşdırmalar daha bir qəribə faktı ortaya çıxıb. Belə ki, sarışın xanımların əsmər xanımlara nisbətən saç tellərinin daha çox olduğu məlum olub. 
10. Dünyanın ən böyük heyvanı mavi balinadır. O, həm də heyvanlar aləmində ən sürətlə böyüyən heyvandır. Onun çəkisi 22 ayda 26 tona çatır.

Pərviz

0