Rusiya haqqında ən maraqlı 10 FAKT

MARAQLI
19:19 / 23.01.2024
921

Bu gün isə qonşu Rusiya haqqında maraqlı məlumatlara nəzər salacağıq. 

Bildiyiniz kimi, Rusiya dünyanın ən böyük ərazisinə sahib ölkəsidir. Rusiya Norveç, Finlandiya, Estoniya, Litva, Latviya, Polşa, Ukrayna, Gürcüstan, Belarusiya, Azərbaycan, Qazaxıstan, Çin, Şimali Koreya, Monqolustan və Türkiyə ilə həmsərhəddir. Sözügedən ölkənin ərazisi 17 098 246 kvadrat kilometrdir. Rusiyada təxminən 147 milyon insan yaşayır. 

Hit.az Rusiya ilə bağlı maraqlı faktları təqdim edir:

1. Dünyadakı yaşayış sahəsinin 1/8 hissəsi Rusiyanın payına düşür. 
2. Rusiya o qədər böyük əraziyə sahibdir ki, bir hissəsi Avropa, bir hissəsi isə Asiya qitəsində yerləşir.
3. Rusiyada insanların 25 faizi 55 yaşına çatmadan ölür. 
4. Bu ölkədə orta ömür uzunluğu isə kişilərdə 64, qadınlarda 76 yaşdır.
5. Rusiyanın 77 faizi Sibirdən ibarətdir. 
6. Rusiyada qadın sayı kişi sayından 9 milyon daha çoxdur.
7. Sözügedən ölkədə avtomobilin çirkli olması qanun pozuntusu sayılır. 
8. Dünyanın ən dərin gölü də Rusiyadadır. Sözügedən Baykal gölü həm də dünyadakı şirin suların 20 faizinə sahibdir. 
9. Dünyada ən çox fərqli zaman diliminin olduğu ölkə də məhz Rusiyadır.
10. Çox qəribə bir məlumatla siyanın yekunlaşdıraq. Rusiyada bəzi şəhərlər qapalıdır. Yəni həmin şəhərlərə daxil olmaq üçün xüsusi icazələr tələb olunur.

Pərviz

0