Şizofreniya əlamətləri nələrdir? - SİYAHI 

MARAQLI
22:04 / 19.02.2024
581

İnsanın düşüncələrinə, hisslərinə, davranışlarınə təsir edən xroniki və ciddi psixi pozğunluq şizofreniya adlanır.

Bu xəstəlik adətən yetkinlik dövründə ortaya çıxır. Şizofreniya reallıqdan uzaqlaşma, düşüncə pozğunluğu, duyğu dəyişiklikləri və davranış problemləri kimi müxtəlif simptomlara özünü biruzə verir. Düzdür, hər insanda fərqli simptomlara da rast gəlmək mümkündür. Şizofreniya mütləq şəkildə müalicə tələb edir. Çünki bu, insanın həyatına çox mənfi təsir göstərir.

Bəs şizofreniya əlamətləri nələrdir?

Hit.az sözügedən əlamətləri təqdim edir:

1. Halüsinasiyalar:
Yəni insan əslində olmayan səsləri eşidir və var olmayan nələrisə görür. 

2. Paranoya: 
Paranoya qapılan şəxs ətrafdakı insanlardan şübhələnməyə başlayır və onlara etibar etmir. 

3. Sosiallaşmaqdan çəkinmək:
Bu simptomu yaşayan insan kütləvi yerlərdə iştirak etməkdən qaçır. 

4. Duyğu dəyişiklikləri:
Bu zaman isə şəxsdə anidən duyğu dəyişiklikləri baş verir və emosiyalarını ifadə etməkdə çətinlik çəkir. 

5. Düşüncə pozğunluqları:
İnsan çox mənasız və ya qarışıq düşüncələrə qərq olur. Həmçinin, fikirlərini də düzgün şəkildə bildirə bilmir. 

6. Nitq pozğunluqları:
Bu halda isə şəxsin nitqi anlaşılmaz, nizamsız və qeyri-müəyyən olur. 

7. Funksionallığın azalması:
Bu isə gündəlik həyat fəaliyyəti ilə bağlı problemlərin meydana gəlməsi ilə özünü göstərir. Həmçinin, bu simptomun yarandığı şəxsin işdə və ya məktəbdəki performansının ciddi şəkildə aşağı düşür. 

Pərviz

1