Meymunlar haqqında ən qəribə 10 MƏLUMAT

MARAQLI
21:50 / 20.02.2024
1314

Bu gün hər kəsin çox sevdiyi meymunlar haqqında məlumatlara nəzər salacağıq.

Bu sevimli heyvanlar dünyada insana ən çox oxşayan canlılar olaraq diqqət çəkirlər. 

Çox qəribədir ki, insanların bütün xəstəlikləri qorillara da keçə bilir. Aparılan müşahidələr zamanı meymunların da bir-birinə zarafat etdiyi ortaya çıxıb. 
 
Ümumiyyətlə, dünyada 264 meymun növü var. Bundan başqa dünyada meymunlar üçün xüsusi bir gün də mövcuddur. Belə ki, 14 dekabr Dünya meymunlar günü kimi qeyd olunur. Həmin gün meymunlar haqqında məlumatların yayılması, onlara sevgi və qayğı göstərmək üçün yaradılmış beynəlxalq gündür.

Bəs sevimli dostlarımız haqqında başqa nələri bilirik? 

Hit.az meymunlarla bağlı ən qəribə 10 faktı təqdim edir:

1. Bir çox heyvanlar güzgüyə baxanda başqa bir heyvan gördüklərini zənn edirlər. Lakin meymunlar güzgüdə özlərini tanıya bilirlər. 
2. Erkək meymunların da saçı kişilərdə olduğu kimi yaşlandıqca tökülə bilir. Yəni keçəl meymunlara rast gələ bilərsiniz. 
3. Bəlkə də bu, siyahının ən qəribə məlumatı ola bilər. Çünki Yaponiyadakı restoranların birində ofisiantlar meymunlardır. 
4. Əgər təəccüblənmədinizsə indi əsl şok yaşayacaqsınız. Belə ki, Kolumbiyada qaçırılan bir uşağın meymun tərəfindən böyüdüldüyü ortaya çıxıb. 
5. Dünyanın ən kiçik meymunu isə 130 millimetrdir. 
6. Nə qədər qəribə olsa da, meymunlar da insanlar kimi sayı saya bilirlər. Hətta bəzən onların barmaqları ilə sayı saydığı kamerala tuş gəlib. 
7. Bəzi meymunlar isə meyvələri yemədən öncə yuyurlar. 
8. Daha bir qəribə fakt: meymunlar dişlərini iplə təmizləyirlər. 
9. Meymunların bir-birinin tüklərini təmizləməsi sevgi nümayişi sayılır. 
10. Araşdırmalar zamanı şimpanzelərlə insnaların DNT-lərinin 99 faiz eyni olduğu məlum olub.

Pərviz

0