ÜST piylənmədən əziyyət çəkənlərin statistikasını açıqladı - Dəhşətli rəqəm

MARAQLI
14:30 / 29.02.2024
434

1990-cı ildən bəri piylənmədən əziyyət çəkən insanların sayı böyüklər arasında iki dəfədən çox, uşaqlar və yeniyetmələr arasında isə dörd dəfə artıb. 

HİT.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Dünyada bir milyarddan çox insan bu xəstəlikdən əziyyət çəkir.

"Lancet"də dərc olunan yeni araşdırmada qeyd edilir ki, 2022-ci ilə qədər planetdə bir milyarddan çox insan piylənmə problemi ilə üzləşib. Araşdırmaya görə, 1990-cı ildən bəri piylənmə nisbətləri böyüklər arasında iki dəfədən çox, uşaq və yeniyetmələr arasında isə dörd dəfə artıb. Həmçinin qeyd edir ki, 2022-ci ilə qədər böyüklərin 43%-i artıq çəkidən əziyyət çəkib.

Tədqiqat göstərir ki, 2022-ci ildə artıq çəki və piylənmənin ən yüksək olduğu ölkələr Sakit okean və Karib hövzəsi ada dövlətləri, həmçinin Yaxın Şərq və Şimali Afrika olub.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusun verdiyi açıqlamada həm erkən uşaqlıq, həm də yetkinlik dövründə piylənmənin qarşısının alınması və müalicəsinin pəhriz, fiziki fəaliyyət və müvafiq qayğı ilə aparılmasının vacibliyi vurğulanıb. Qlobal piylənmə hədəflərinə nail olmaq hökumətlərin, icmaların əməkdaşlığını və ÜST və milli səhiyyə orqanlarının sübuta əsaslanan siyasətlərinin dəstəyini tələb edir. Qeyd olunur ki, istehsal etdiyi məhsulların əhalinin sağlamlığına təsirinə görə məsuliyyət daşımalı olan özəl sektorun da iştirakı vacibdir.

Samir

0