Ağız qoxusundan xilas olmağın 7 YOLU

21:42 / 27.03.2024
357

Bəzi insanlar ağız qoxusu problemi yaşayırlar.

Hit.az xəbər verir ki, bu diskomfort problemdən xilas olmağın isə bir neçə yolu var.

Həmin yolları təqdim edirik:

1. Su içmək
Uzun müddət su içməyəndə ağzınız quruyur. Lakin su içmək ağızdakı bakteriyaları təmizləyir və qoxunu aparır.

2. Diş fırçalamaq
Diş fırçalamaq da ağız qoxusu və bakteriyalarla mübarizədə olduqca mühümdür. Nəzərə alın ki, diş fırçalamaq ağızda qalan qida qalıqlarını və bakteriyaları təmizləyir. 

3. Qarqara etmək
Ağız qoxusunu aparmaq yollarından biri də qarqara etməkdir. Bu, ağız nahiyəsindəki bakteriyaları da məhv edə bilir. 

4. Limonlu və nanəli su içmək
Limonlu və nanəli su içmək də ağız qoxusu problemlərinin aparılmasına kömək edir.

5. Saqqız çeynənək
Şəkərsiz saqqız çeynəmək də ağız qoxusunu apara bilər. 

6. Yeyilən qidalara diqqət etmək
Ağız qoxusu adətən yeyilən qidalardan qaynaqlanır. Baharatlı və qoxulu yeməklər yemək tövsiyə olunmur. Mütəxəssislər daha xəfif və həzm olunması asan qidalara yönəlməyi məsləhət görür. 

7. Mütəmadi diş yoxlanışı
Ağız qoxusunun əsas səbəblərindən biri də dişlərdə olan problemlərdir. Ona görə də mütəmadi olaraq diş həkiminə müayinəyə getməyiniz tövsiyə olunur. 

Pərviz

0