Həddindən artıq şirniyyat yeməyin 7 FƏSADI

MARAQLI
19:40 / 29.03.2024
261

Bəzi insanlar şirniyyat yeməyi çox sevirlər. 

Lakin həddindən artıq şirin təamların qəbulu orqanizm üçün olduqca ziyanlıdır. Hətta çox şirniyyat yemək bir çox problemlərin meydana gəlməsinə birbaşa təkan verir.

Hit.az həddindən artıq şirin qidalar yeməyin səbəb olduğu problemləri təqdim edir:

1. Kökəlmək
Mütəmadi şəkildə şirniyyat yemək həddindən artıq kalori almağınıza səbəb olur. Bu isə öz növbəsində kökəlməyə və piylənməyə gətirib çıxarır. 

2. Qan şəkirinin balansını pozur
Həddindən artıq şirniyyat qəbul qan şəkərinin sürətli şəkildə düşüb-çıxması ilə nəticələnir. Bu da aclıq hissi yarada bilir. 

3. Diabet riski
Tez-tez şəkərli qidalar yemək diabet riskini də artırır. 

4. Diş çürüməsi
Həddindən artıq şirniyyat yeməyin ən böyük ziyanlarından biri də dişlərə dəyir. Belə ki, çoxlu şirin qidalar yemək dişlərin çürüməsinə gətirib çıxarır. 

5. Ürək problemləri
Mütəmadi olaraq şirin təamlar qəbul etmək ürək xəstəlikləri riskini də artırır. Yüksək şəkər səviyyələri qan təzyiqini artırır, xolesterol səviyyəsinə isə mənfi təsir göstərir.

6. Bağırsaq problemləri
Şirin qidaları həddindən artıq istehlak etmək həzm sistemini çətinləşdirir. Üstəlik, bu, bağırsaq problemlərinə, qəbzliyə və ishala səbəb ola bilir.

7. Asılılıq
Həddindən artıq şirniyyat yemək vücudun şəkər asılılığının artmasına gətirib çıxarır. Bu isə daha çox şirniyyat yemə istəyi və nəzarətsiz qida qəbulu ilə nəticələnir.

Pərviz

0